Yanvar-mart aylarında Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
16.04.2020Azərbaycan cari ilin yanvar-mart aylarında ən çox Rusiyadan məhsul idxal edib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, üç ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 433,7 milyon ABŞ dolları, Türkiyədən 389,8 milyon dollar, Çindən isə 353 milyon dollar olub.











