Saxta arayış satan şirkət rəhbəri saxlanıldı (FOTO/VİDEO)

Saxta arayış satan şirkət rəhbəri saxlanıldı (FOTO/VİDEO)

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Xüsusi karantin rejimi qaydalarını pozmaq üçün saxta arayışlar satan şirkət rəhbəri saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Keçirilmiş növbəti uğurlu əməliyyat nəticəsində Ağcəbədi rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Oktay Quliyev xüsusi karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması üçün sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə rəhbəri olduğu “AZİNTELLEKTSERVİS LTD” və “TQİK-A” MMC-lərin saxta arayışlarının hər birini 100-200 manata satarkən saxlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs 10-a yaxın vətəndaşı saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib.

Bununla da Oktay Quliyev saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.

Share