Xalq artistlərinin ailəsində daha bir itki
18.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalara daha bir itki üz verib.
onların bibisi dünyasını dəyişib.
Bu barədə İTV-də yayımlanan “Gəl, qonaq ol” proqramında Gülyanaq Məmmədova məlumat verib:
“Martın 15-i bibim rəhmətə getdi. Orada yas mərasiminə icazə yoxdur deyə Şəkiyə gəldik. Martın 17-dən ailəmizlə birlikdə buradayıq”.
Qeyd edək ki, ötən ilin sonlarında xanəndələrin bacısının həyat yoldaşı avtomobil qəzasında dünyasını dəyişmişdi.











