Can Yaman Demetlə yenidən barışmaq istəyir
19.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Aktyor Can Yaman “Erkenci Kuş” serialında tərəf müqabili olduğu Demet Özdemirə barışıq addımı atıb.
Yaman serial çəkilişi zamanı Demetlə eşq yaşamış, bir müddət sonra ayrılmışdı.
Candan sonra aktrisa Yaman Taciroğlu ilə eşq yaşamağa başlamışdı. Karantin günlərində isə Özdemir sevgilisi ilə ayrılıb.
Ayrılıq xəbərlərindən sonra Can keçmiş sevgilisinə barışıq addımı ataraq, onun İnstaqramda yayımladığı şəkli şərh yazıb. Ardından isə digər paylaşımını bəyənib.
Yamanın hərəkəti diqqət çəkib və fanatları aktyorlara yüzlərlə sual yazaraq “Eşq yenidən başlayır” sualını ünvanlayıblar.












