Gürcüstanda koronavirusdan daha 1 nəfər ölüb
19.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Gürcüstanda yeni növ koronavirusdan daha bir nəfər ölüb.
Trend-in “Gürcüstan Onlayn”a istinadən verdiyi məlumata görə, 70-dən yuxarı yaşı olan qadın dünyasını dəyişib, ölənlərin ümumi sayı 4 nəfərə çatıb.
Bildirilir ki, dünyasını dəyişən xəstə aprelin 8-dən Batumidə müalicə alırdı.
Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusa 388 yoluxma halı qeydə alınıb, 84 nəfər sağalıb, 4 nəfər isə ölüb.











