ÜST-ün baş direktoru Qoşulmama Hərəkatına dəstək üçün təşəkkür edib

ÜST-ün baş direktoru Qoşulmama Hərəkatına dəstək üçün təşəkkür edib

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus Qoşulmama Hərəkatına dəstək üçün təşəkkür edib.

APA-nın xəbərinə görə, ÜST-ün baş direktoru bu barədə “Twitter”də bildirib.

“ÜST Qoşulmama Hərəkatının dəstək bəyanatını alqışlayır. Biz COVİD-19 pandemiyasına qarşı elmə, həll yollarına və həmrəyliyə əsaslanan qlobal cavabın əlaqələndirilməsinə diqqətimizi davam etdirəcəyik. Ortaq düşməni məğlub etmək üçün indi həmişəkindən daha çox birləşməyin və planetin təhlükəsizliyini qorumağın vaxtıdır”, – deyə baş direktor qeyd edib. 

 

Share