Murad Abdullayev: "SOCAR Türkiyə" "Petkim"in rəqəmsal transformasiyasını bütün digər şirkətlərində tətbiq etmək niyyətindədir (MÜSAHİBƏ)
20.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
“SOCAR Türkiyə” “Petkim”in rəqəmsal transformasiyasını bütün digər şirkətlərində tətbiq etmək niyyətindədir.
Bunu Trend-ə müsahibəsində “SOCAR Turkey”nin neft-kimya və emal üzrə iş birliyində baş direktorun rəqəmsallaşma və texnologiya üzrə müavini Murad Abdullayev deyib.
Sözügedən müsahibəni təqdim edirik:
“Petkim”də rəqəmsallaşma prosesi hansı mərhələdədir?
Bildiyiniz kimi, SOCAR-ın 2008-ci ildə Özəlləşdirmə İdarəsindən 2 milyard 40 milyon dollara satın aldığı “Petkim”ə bu günədək hər il əlavə investisiyalar qoyulur. Bu baxımdan, artım potensialı yüksək olan neft-kimya sektorunda ehtiyac və tələbi təmin edə bilmək üçün 2008-ci ildən etibarən “Petkim”ə hər il təxminən 100 milyon dollar olmaqla, ümumilikdə 1 milyard dollardan çox əlavə investisiya qoyulub. Bu vəsaitlə əlaqədar prioritetimiz fabriklərimizin modernləşdirilməsini təmin etmək və məhsuldardlığı artırmaq olub.











