"Heç uşaq olmadım…" – Hacı Nuran
29.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
bu sözləri aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb. O, atası ilə bağlı paylaşım edib. Xatirələrini qeyd edən Hacı Nuran atasının ölüm günü olduğunu vurğulayıb:
“Atam bir başqa insan idi. Hər kəlməsi bir öyüd idi… Hər sözü bir kitab qədər dəyərli idi onun… Heç ondan inciyən, küsən insan görmədim. Çünki o, hamı ilə öz dilində danışmağı bacarırdı. Uşaqla-uşaq idi, böyüklə böyük. Qəribəsi o idi ki, atam hamının “Nəriman dayı”sı idi. Hamı ilə yumşaq, həlim davranan atam mənə qarşı çox ciddi idi. Bizi həmişə danlayardı, məsuliyyətli olmağa çağırırdı. Heç atamın bizimlə uşaq kimi davrandığını xatırlamıram.
Hərdən düşünürəm ki, mən heç uşaq olmadım. Elə birdən-birə böyüdüm. Məni mən, güclü edən o kişinin dünyadan köçdüyü gündür. Atam gülləri, çiçəkləri çox sevərdi. Ümumiyyətlə, təbiət aşiqi idi… Elə torpağa da bir bahar günü qovuşdu. Yeri görünən insan, sən həmişə mənimləsən”.











