Bakıda mənzilində qumarxana açan şəxs saxlanılıb
29.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakıda mənzildə qumarxana təşkil edilib.
APA-nın məlumatına görə, Yasamal rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ə. Salamzadə küçəsində yaşayan, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü T. Rüstəmovun evində qumarxana aşkarlanıb və o, saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.











