Türkiyədə COVID-19 pandemiyasından daha 89 nəfər ölüb

Türkiyədə COVID-19 pandemiyasından daha 89 nəfər ölüb

29.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha  89 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 43498  şübhəli koronavirus testindən keçib, onlardan 2936-nın cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3081 nəfər ölüb, 117589 nəfər bu infeksiyaya yoluxub, 44022 nəfəri isə müalicə olunub. Bu gün 5231 xəstə evə buraxılıb.

Share