Türkiyədə 5231 nəfər koronavirusdan sağaldı – 89-u öldü
29.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 117 min 589 nəfərə çatıb.
bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saat ərzində ölkədə 89 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 2936 nəfər isə infeksiyaya yoluxub.
Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 3081 nəfərə çatıb.
Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 5231 nəfər təşkil edir.











