İmişlidə iki yük avtomobili toqquşub, ölən var

İmişlidə iki yük avtomobili toqquşub, ölən var

04.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, İmişli rayonunda “KamAZ” və “QAZel” markalı iki yük avtomobili toqquşub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “QAZel” markalı yük avtomobilinin sürücüsü 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Share