"Reytinq xatirinə bunu edən insan ola bilər?" –  Ranardan Xoşqədəmə

"Reytinq xatirinə bunu edən insan ola bilər?" – Ranardan Xoşqədəmə

04.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Nanə çox qəribə insandır. İnsanı nə qədər çox istəsə də, hovludur. “Salam” verirsən, deyir, “nə?”. Kobud, sərt olsa da, qəlbi yumşaqdır”.

bu sözləri AzTV-nin bədii rəhbəri, teleaparıcı Ranar Musayev “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” verilişində deyib. Aparıcı Samir Bayramlı Ranara həmkarları ilə bağlı suallar ünvanlayıb.

Musayev “Hüsniyə Məhərrəmova dostumdur. Ola bilsin bir-birimizə nifrət edək, dalaşaq, amma dostuq. Canımın bir parçasıdır. Kamilə Babayeva ilə bağlı da eyni sözü deyə bilərəm” sözlərini söyləyib. 

Aparıcı Xoşqədəm Hidayətqızının adını eşidən də isə Ranar sərt sözlər söyləyib və bunları deyib: 

“Bir aparıcı ki, qonağına dimedrol iynə vurdurur ki, ayaqları tutulsun və reytinq xatirinə gəzə bilən insan gəzməsin, şou eləsinlər… O insan insan ola bilərmi?”.

Share