Bakıda birmərtəbəli ev yandı
04.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.










