Culian Assanjın Böyük Britaniyadakı məhkəməsi təxirə salındı

Culian Assanjın Böyük Britaniyadakı məhkəməsi təxirə salındı

04.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Böyük Britaniya məhkəməsi “WikiLeaks” saytının təsisçisi Culian Assanjın ABŞ-a ekstradisiyası məsələsi ilə bağlı iclasını sentaybr ayınadək təxirə salıb.

Trend-in məluamtına görə, qərar C.Assanjın vəkillərinin müraciətindən sonra qəbul edilib.

Qeyd olunur ki, onun ekstradisiya ilə bağlı ilkin iclası fevralda keçiriilib. İkinci iclas mayın 18-i nəzərdə tutulsa da, koronavirus pandmeiyası ilə əlaqədar payızadək təxirə salınıb.

Xatırladaq ki, ABŞ dövlət sirlərinin yayımlanmasında ittiham etdiyi Cilain Assanjın bu ölkəyə ekstradsiyasını tələb edir.

Share