Saatlıda avtomobilin vurduğu piyada xəsarət alıb
04.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Saatlıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlının Soltanabad kəndində qeydə alınıb.
“VAZ 2107” markalı avtomobil kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Asif Adışirin oğlunu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.











