Türkiyədə ticarət mərkəzləri, bərbərxanalar və gözəllik salonları mayın 11-dən işini bərpa edəcək
04.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Ticarət mərkəzləri, bərbərxanalar, gözəllik salonları 11 maydan fəaliyyətə başlayacaq”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Huber köşkündə yeni növ koronavirusla (COVID-19) bağlı nazirlərlə keçirilən növbəti videokonfransdan sonra belə bildirib.
R.T.Ərdoğan deyib ki, indiyədək satışına icazə verilməyən tibbi və parçadan olan maskaların sabit qiymətlə satışına başlanılacaq.
Həmçinin modul tipli xəstəxanaların sayı iyunun 1-dən azaldılaraq normal xəstəxanaların fəaliyyətinə şərait yaradılacaq.











