Goranboyda avtomobil maneəyə çırpılıb
04.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Goranboyda avtomobil maneəyə çırpılaraq yoldan çıxıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Dəliməmmədli şəhərindən keçən hissəsində baş verib.
İdarəetmədən çıxan “Hyundai” markalı minik maşını metal arakəsməyə çırpılaraq və yoldan çıxıb. İlkin məlumata görə, avtomobil ciddi zərər görsə də, ağır xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.











