Britaniyada koronavirusdan ölənlərin sayı 28650 nəfərə çatıb
05.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Britaniyada COVID-19 virusuna yoluxaraq, vəfat edənlərin sayı 28650 nəfərə çatıb.
APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, son sutka ərzində İngiltərədə COVID-19 virusuna yoluxmuş 204 nəfər vəfat edib. Bu martın 30-dan bəri ən aşağı rəqəmdir.
Son bir gündə Şotlandiyada 5, Uelsdə isə 14 ölüm faktı qeydə alınıb.











