Bakıda qadına qarşı cinayət törədən keçmiş məhkum tutulub

Bakıda qadına qarşı cinayət törədən keçmiş məhkum tutulub

05.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda qadına qarşı soyğunçuluq edilib.

APA-nın məlumatına görə, aprelin 24-də saat 15 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, A. Rzayev küçəsində naməlum şəxsin qəsəbə sakini olan qadının mobil telefonunu soyğunculuq yolu talaması ilə bağlı polisə müraciət daxil olub.

Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən soyğunçuluq törətməkdə  şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Elman Abidov müəyyən olunub.

Suraxanı rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən dünən axşam saatlarında keçirilən müvafiq tədbirlərlə onun gizləndiyi yer müəyyən olunaraq 31-ci Polis Bölməsinə təhvil verilib. 

Faktla bağlı başlanmış cinayət işi üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Share