"Qadınlar paxıllığımı çəkir ki, bu çəki ilə ərə gedib"

"Qadınlar paxıllığımı çəkir ki, bu çəki ilə ərə gedib"

05.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən danışıb.

“Elgizlə izlə” proqramına qonaq olan sənətçi qadınların onu qısqandığını iddia edib:

“Ailə qurmağıma qıcıq olurlar. Bəzən şərhləri oxuyuram. Çox baxmıram ki, əsəblərim pozulmasın, övladıma baxım. Buna səbəb isə kilolu olmağım və özümdən 5-6 yaş kiçik biri ilə ailə qurmağımdır. Xüsusən də qadınlarda qıcıq yaradır. Başa düşmədim, mənim çəkim, yaşım, özüm normal qalmışam. Bu 35 yaşından keçən belə çəkidə ailə qurdu, bizi niyə alan yoxdur? Elə düşünürəm ki, paxıl insanlar bu tərəfdən qıcıqlanırlar. Başqa nə ola bilər ki?”.

Share