Çavuşoğlu ilə Pompeo arasında telefon danışığı olub
18.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
Bu barədə APA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Pompeo və Çavuşoğlu yeni növ koronavirusla (COVID-19) bağlı mübarizə tədbirləri, pandemiyadan sonrakı dönəm və regioanl məsələləri müzakirə ediblər.











