Bakıda piyadanı avtomobil vurub
18.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.
1990-cı il təvəllüdlü Hacıyev Amid Mirzəməmməd oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hisəssindən keçərkən onu minik avtomobili vurub. Yaralı 1 saylı Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.











