"Amerikan piroqu"nun ulduzu vəfat edib
18.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Amerikalı komediya aktyoru Fred Uillard vəfat edib.
bu barədə 81 yaşlı mərhum aktyorun qızı sosial şəbəkədə məlumat verib.
O bildirib ki, atası təbii səbəblərdən Los-Ancelesdə dünyasını dəyişib.
Qeyd edək ki, Fred “Amerikan piroqu”, “Toy iflası”, “Qaranın 50 çaları” kimi filmlərdəki rolu ilə tanınıb.











