Bakıda jurnalist koronavirusa yoluxdu
22.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
İdman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.
A.Cəfərsoy bu barədə şəxsi “Facebook” hesabında paylaşım edib. O, iki həftədir güclü öskürək və yüksək qızdırmadan əziyyət çəkdiyini bildirib:
“İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin”.











