“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

28.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət”  və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 29-u üçün nəzərdə tutulan cədvəli açıqlanıb. 

Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da XI sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, Ədəbiyyat; 11:20-də X sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 12:25-də IV sinif – Azərbaycan dili, Musiqi, İnformatika-Rəqəmsal bacarıqlar; 12:55-də III sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi; 13:25-də II sinif – Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 14:00-da I sinif şagirdlərinə Riyaziyyat və Həyat bilgisi dərsləri olacaq. 

Rus bölməsi üçün sabah saat 14:15-də IV sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi, İnformatika-Rəqəmsal bacarıqlar; 14:50-də VIII sinif – Kimya, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 15:20-də IX sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq. 

Share