Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

28.05.2020 Off By admin

Çox hörmətli və əziz Prezidentimiz.

Biz həmişə Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənmişik və dəstəkləyirik. Ulu öndərimiz Heydər Əliyevin və Sizin sayənizdə Azərbaycan xalqı firavan yaşayır. Ölkəmizdə olan sabitlik, əmin-amanlıq digər ölkələrə nümunə göstərilir. Biz, başqa ölkələrin sakinlərinin və bir çox ölkələrdən olan miqrantların necə dəhşətli vəziyyətdə yaşadıqlarının şahidiyiq.

Sizin və Mehriban xanım Əliyevanın diqqəti, nəzarəti və qayğısı sayəsində bəşəriyyəti dəhşətə gətirən təhlükəli koronavirus xəstəliyindən xalqımızı necə qorumağınız göz qabağındadır. Əlinizdən gələni edirsiniz ki, Azərbaycan xalqı sağ-salamat və yüksək rifah içərisində həyat sürsün. Əməkhaqlarını artırırsınız, işsiz insanları işlə təmin edirsiniz. İndiki çətin vəziyyətdə işə gedə bilməyən insanlara yardımlar edir, aztəminatlı ailələrə ərzaq ayırırsınız.

Hörmətli cənab Prezident, bu yüksək qayğı və diqqətə görə ailəmizin, qohumlarımızın, yaxınlarımızın və kollektivimizin adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi həmişə qorusun.

Hörmətlə,

Bağırov Cavanşir Əliheydər oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Günəşli kəndi.

Share