Azərbaycan və Rusiyanın 16 yaşadək şahmatçıları arasında yoldaşlıq görüşü keçirilib
23.06.2020Xüsusi karantin günlərində şahmat üzrə onlayn yarışlar davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 22-də Azərbaycan şahmatçıları ilə Rusiya zəka ustaları arasında yoldaşlıq görüşü keçirilib. Yarışda 16 yaşadək şahmatçılar iştirak ediblər. “lichess.org” platforması vasitəsilə keçirilmiş turnirdə hər gedişə nəzarət vaxtı 3 dəqiqə + 1 saniyə olub.
Yekun nəticədə, Rusiya komandası Azərbaycan yığmasından 131:96 hesabla üstün olub.











