“Mançester Siti”nin futbolçusu Serxio Aquera zədələnib
23.06.2020İngiltərənin “Mançester Siti” klubunun argentinalı hücumçusu Serxio Aquera zədələnib.
AZƏRTAC klubun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 30-cu turunda “Börnli” klubunu məğlub etdikləri (5:0) görüşdə sağ ayağından zədə alıb. Hələlik 32 yaşlı futbolçunun bərpa müddəti məlum deyil.
Qeyd edək ki, cari mövsümdə “şəhərlilər”in heyətində 31 oyunda meydana çıxan argentinalı 23 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.











