Ağcabədi sakinindən iki ov tüfəngi götürülüb
24.06.2020“Hakimiyyet.com” xəbər verir ki,
Ağcabədi sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Əliyevin Ağabəyli kəndindəki evinin zirzəmisindən müvafiq sənədləri olmayan 2 ədəd “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.











