Qadın triatlonçuların növbəti Olimpiya reytinq cədvəli açıqlanıb
24.06.2020Beynəlxalq Triatlon Şurası qadın idmançıların növbəti Olimpiya reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Kseniya Levskovskaya reytinq cədvəlində 967 xalla 106-cı pillədə qərarlaşıb. Yığmamızın digər üzvü Darina Moskalenko isə 336 xalla 147-ci yerdədir.
Reytinq cədvəlinə ABŞ idmançısı Katya Zaferes liderik edir. İlk üçlüyü Böyük Britaniya təmsilçisi Corcia Teylor-Braun və ABŞ triatlonçusu Teylor Spivey qapayırlar.











