Yarım ildə Gömrük Komitəsi büdcəyə 2 milyard manat köçürüb

Yarım ildə Gömrük Komitəsi büdcəyə 2 milyard manat köçürüb

08.07.2020 Off By admin

Bakı, 8 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 19,8 milyon manat olub.

Komitədən AZƏRTAC-a bildirilib ki, 6 ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 484 milyon 437 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 450 milyon 8 min manat, aksizlər üzrə 66 milyon 671 min manat, yol vergisi üzrə isə 18 milyon 702 min manat təşkil edib.

AZERTAG.AZ :Yarım ildə Gömrük Komitəsi büdcəyə 2 milyard manat köçürüb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Share