AzTV-nin koronavirusa yoluxan əməkdaşlarından biri sağalıb
08.07.2020“Hakimiyyet.com” xəbər verir ki,
AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim sağalıb.
bu barədə aparıcı sosial şəbəkədə məlumat verib:
“Bilənlər bilir, artıq xeyli müddətdir evdəyəm. Müalicəm tam başa çatıb, şükürlər olsun. Analizlərin cavabları da gözəl çıxıb. Çətin bir dönəmdən keçdim”.
Qeyd edək ki, AzTV-nin 10 əməkdaşı koronavirusa yoluxub. Onlardan 2-si evə buraxılıb, 2-si vəfat edib. Digər 6 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.











