Baş prokuror Sabirabadda vətəndaşları qəbul etmişdir

Baş prokuror Sabirabadda vətəndaşları qəbul etmişdir

13.01.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev Sabirabad rayon prokurorluğunun inzibati binasında Sabirabad, Saatlı, İmişli həmçinin digər rayonlardan olan vətəndaşları qəbul etmişdir.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişdir
Qəbulda iştirak edən 34 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları , mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər vermişdir.
Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırmışdır.

Share