KÜLLİ MİQDARDA TÜTÜN MƏMULATLARI AŞKARLANIB

KÜLLİ MİQDARDA TÜTÜN MƏMULATLARI AŞKARLANIB

29.09.2023 Off By Füzuli İsmayılov

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Hakimiyyet.info.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş, üzərlərində Azərbaycan Respublikasının müvafiq aksiz markası olmayan müxtəlif adda tütün məmulatlarının Bakı şəhəri ərazisində realizə edilməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi birgə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Nəticədə 43000 (qırx üç min) qutu qanunvericiliyin tələblərinə uyğun olaraq aksiz markası ilə markalanmayan müxtəlif adda tütün məmulatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Share