Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
07.08.2026Milli Hidrometeorologiya Xidməti avqustun 8-də və 9-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə AZƏRTAC-a xidmətdən bildirilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran və Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.











