Sentyabrın 11-də gənclər və idman naziri Fərid Qayıbov Xaçmaz və Şabran rayon sakinlərini qəbul edib

Sentyabrın 11-də gənclər və idman naziri Fərid Qayıbov Xaçmaz və Şabran rayon sakinlərini qəbul edib

11.09.2026 Off By Füzuli İsmayılov

Qəbuldan öncə Şabran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Hakimiyyet.info.az xəbər verir ki, Şabran rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda sentyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Share