Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

03.10.2026 Off By Füzuli İsmayılov

ABŞ Prezidenti Donald Trampın noyabr ayında Filippində keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitində iştirak etmək üçün Filippinə səfər etməsi planlaşdırılır.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Trampın sammitdə iştirakından sonra Filippin Prezidenti ilə ikitərəfli görüş keçirməsi nəzərdə tutulur.

Qəzet qeyd edir ki, səfər Vaşinqton və Pekinin Cənub-Şərqi Asiyada təsir uğrunda rəqabəti fonunda baş tutacaq.

Trampın noyabrda Çinin Şençjen şəhərində keçiriləcək APEC sammitində də iştirak edəcəyi və Çin Sədri Si Cinpinlə görüşəcəyi gözlənilir.

Share