İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

03.10.2026 Off By Füzuli İsmayılov

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətində yerləşən silahsızlaşdırılmış zonaya artilleriya atəşi açıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Əl-Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, Əl-Mantarah bəndi yaxınlığındakı əraziyə mərmi düşüb. Atəş nəticəsində sakinlər arasında itki qeydə alınmayıb.

Telekanalın məlumatına görə, İsrail hərbçiləri Maaria şəhərində də axtarış əməliyyatı keçirib və iki gənci saxlayıb.

Bildirilib ki, son sutka ərzində İsrailin Suriyanın cənubuna azı beş hücumu qeydə alınıb.

Share