Növbəti üç gündə bəzi yerlərdə yağış yağacaq, çaylarda sululuq artacaq
20.10.2026Oktyabrın 21-də əsasən dağlıq və dağətəyi rayonlarda, 22-də və 23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 22-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Naxçıvan Muxtar Respublikasının bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.











